"Harda müsəlman görürəm qorxuram" - Erməni qadınlarının fədakarlığı

Hit: 4130
"Harda müsəlman görürəm qorxuram" - Erməni qadınlarının fədakarlığı

Harda müsəlman görürəm qorxuram...

Yəqin ki dillər əzbəri olmuş bu misranı heç olmasa bir dəfə eşitmisiz.Bu misraların müəllifi ölməz şair,Azərbaycan xalqının dirçəlişində özünəməxsus yer tutan Mirzə Ələkbər Sabirə aiddir.Sabirlə bağlı maraqlı bir faktı sizinlə bölüşmək qərarına gəldik.

1911-ci ildə M.Ə.Sabir vəfat edir.Onun ölümündən sonra Abbas Səhhət,Sabirin yazdığı əsərləri toplayaraq kitab halında çap etdirmək istəyir. Sabirin çox yazıları olmasına baxmayaraq bir dənə olsa belə kitabı yox idi.Təbii ki, kitab nəşri üçün müəyyən məbləğdə vəsait lazım idi ki, həmin zamanda şairdə, yazıçıda pul nə gəzirdi. Pul toplamaq üçün Abbas Səhhət qəzetlərdə elan verir. Həmin dövrün pulu ilə cəmi 26 rubl pul toplanır. 5 rubl Nəcəf bəy Vəzirovun qızı tərəfindən göndərilir. Qalan pulu isə Sabirin şagirdləri ordan-burdan tapıb verir. Həmin zamanda kim idi axı kitab oxuyan,qaldı ki, kitab nəşrinə maddi yardım edələr. Əsl cahillik dövrü idi.

Azərbaycan qadınaları ilə birlikdə Dilicanda istirahət edən erməni qadınlar qəzetdəki bu elandan xəbəradar olur. Ermənilər Sabirin sırf bu fikrinə "Harda müsəlman görürəm  qorxuram" görə,ona xüsusi rəğbət bəsləyirdilər. Məhz bu səbəbdən bir neçə gün sonra erməni qadınalar yığıncaq təşkil edirlər. Həmin yığıncaqda toplanmış pul Sabirin kitabının nəşrinə kifayət edir.Və Sabirin "Hop-Hopnamə" adlı ilk kitabı işıq üzü görür. Kitabın ön səhifəsində isə,kitabın ərsiyə gəlməsində kimlərin əməyi keçdiyi qeyd edilib.

 

Faktor.az(Şamxal)









Redaktorun seçimi