Zülfüqar qılıncının Türkiyədə muzeydə saxlanması doğrudurmu?

Hit: 2799
Zülfüqar qılıncının Türkiyədə muzeydə saxlanması doğrudurmu?

İstanbuldakı Topqapı sarayında, Müqəddəs Əmanətlər Ekspozisiyasında Həzrət Peyğəmbərin (s) və səhabələrin dövrünə aid bəzi yadigarlar saxlanılır. Oradakı qılınclardan birinin İmam Əliyə (ə) məxsus olduğu deyilir.

Faktor.az islam.az-a istinadən bildirir ki, amma bu qılınc Zülfüqar deyil. Zülfüqarın forması başqa cürdür. Şiə məzhəbinə aid mənbələrdə yazılır ki, Zülfüqar qılıncı Həzrət Əlidən (ə) sonra İmam Həsəndə (ə), sonra İmam Hüseyndə (ə), daha sonra növbə ilə digər imamlarda olmuşdur. Hal-hazırda bu qılınc On ikinci imam Mehdidədir (ə). Zülfüqar da başqa bir neçə əmanət kimi İmam Mehdinin (ə) zühurunun əlamətlərindən sayılır. Şiə əqidəsinə əsasən, o həzrət əlində Zülfüqarı tutmuş, əyninə Peyğəmbərin (s) əbasını geyinmiş, başına Peyğəmbərin (ə) əmmaməsini qoymuş halda zühur edəcək.









Redaktorun seçimi