Şimali Koreya lideri ilə Filippin prezidenti Honkonq küçələrində

İnternet aləmi son günlərdə Şimali Koreya lideri Kim Cunqla, Filippinin prezidenti Rodriqo Dutertenin səmimi şəkilləri ilə çalxalanır. Şəkillərə baxanda elə başa düşmək olar ki, Kim Cunq və Rodriqo Duterte dostcasına yeməyə çıxıblar, birlikdə gəzirlər, əylənirlər. Əslində, hər kəsin diqqətini çəkən bu iki “dost” dünyanın çəkindiyi liderlər deyil, onların oxşarlarıdır.
Kresensio Ekstrim (cənab Dutertenin bənzəri) və Hovard X (Kim Cunqun oxşarı) adlı şəxslər əllərində saxta tüfənglərlə Honkonqda bir toyuq restoranına gedib, təəccüblənən tamaşaçılarla şəkil çəkdirib, ləzzətlə qızarmış toyuq yeyiblər. Onların hər kəsin çəkindiyi liderlərə bənzərliyi isə inanılmaz dərəcədədir. Hətta geyimləri də liderlərin geyimlərinin eynisidir.
Bu ikilinin növbəti dayanacağı isə hələlik bilinmir.
Cəmilə Məmmədli


