Əsərləri ən baha qiymətə satılan Azərbaycan rəssamları kimlərdir?

Hit: 6323
Əsərləri ən baha qiymətə satılan Azərbaycan rəssamları kimlərdir?

Deyirlər, dünyada ən varlı şəxslər sırasında rəssamlar da var. Onların elə əsərləri var  ki, qiyməti milyonlara ölçülür.

Bəs, Azərbaycanda əsərləri milyonlara satılan rəssamlar kimlərdi?

Azərbaycanda əsərləri ən baha satılan rəssamlara sakit Məmmədovu, Fransada yaşamış Toğrul Nərimanbəyovu misal gətirmək olar. Onların əsərləri 40-50 min, bəzən isə 60 min manata satılır. Rəssamın xaricdə yaşaması əsərlərinin daha tez ve daha qiymətli satılmasına imkan yaradır.

Azərbaycanın mərhum rəssamlarının əsərləri zaman keçdikcə daha yüksək qiymətə satılır. Hazırda rəssam səttar Bəhlulzadənin əl işləri 60 min, bəzən isə 100 min manata satılır.
Əslində rəsm əsərlərinin konkret bir qiyməti olmur. Bu proses alıcı ilə rəssam arasında razılaşma yolu ilə həyata keçirilir. Yaxud da hərrac yolu ilə müəyən edilir.


Azərbaycan rəssamlarının əsərlərinə vətəndə yox,  dünya bazarında tələbat var.

Bizim öz rəssamlarımız əsasən  əsərlərini xaricdə satışa çıxarırlar .Çünki həmin əsərlər Azərbaycan daxilində ucuz qiymətə satılır, amma xaricdə həmin əsərlər daha yüksək qiymətə satılır. Buna görə də öz rəssamlarımız əsasən xaricdə yaşamağa üstunlük verirlər.

Xaricə getmək imkanı olmayan rəssamlar öz əsərlərini bəzi işbazlara ucuz  qiymətə satır və həmin işbazlar da bu əsəri xaricdə daha yüksək bir qiymətə “əridir”lər.

Elcan Hüseynzadə

Faktor.az

 









Redaktorun seçimi