Saçımızın ağarmasına səbəb bunlardır

Hit: 929
Saçımızın ağarmasına səbəb bunlardır

Saçlarımız niyə ağarır?  Saçların ağarmasını adətən genetik olaraq dəyərləndirirlər. Bu fenomen  hadisən həmçinin  bu və ya digər milli mənsubiyyətə aid etmək olar. Avropalıların  qaradərili insanlara nisbətən saçları tez ağarır. Hinduların saçları isə 70-75 yaşlarında ağarır.

Bu müəyyən bir amillərə aydınlıq gətirir amma bu hamısı deyil. Həkimlər saçların ağarmasını stress və insanın zəif sinir  sistemləri ilə əlaqələndirir . Saçların ağarmasına səbəb orqanizmdə maddələr mübadiləsinin pozulması, cinsiyyət sistemi fəaliyyətinin pozulması, qalxana bənzər vəziilərin işinin korlanması ola bilər.  Digər səbəblər isə ekologiyadır (əgər siz daimi olaraq pis şəraitdə yaşayırsınız) düzgün qidalanmama, siqaret çəkmək, alkoqoldan və narkotikdən həddən artıq istifadə ola bilər.

Bütün bu amillər orqanizmə tamamilə mənfi təsir edir. Saçların ağarmasına səbəb orqanizmdə terozin maddəsinin az olmasıdır,  bu maddələr zülalın tərkibində olur. Buraya mis və kalsiumda daxildir. Həkimlərin dediyinə görə saçların ağarması birbaşa orqanizmin vəziyyətindən asılıdır. Saç diblərində melanin adlanan piqment var . Bu piqment saçın rəngini müəyyən edir. Bu piqmentin keyfiyyətindən və kəmiyyətindən saçların ağ olub olmaması asılıdır. Alimlər kök hüceyrələrini araşdıran zaman müəyyən ediblər ki, əgər bu piqmentin orqanizmdə çatışmazlığı baş verərsə saçlar ağarmağa başlayır. Saçlarda piqmentin çatışmazlığı saç köklərinə daha  yaxın sahələrdə baş verir.

Dəri və saç rənglərinə cavabdeh olan hüceyrələr saçları formalaşdıran hüceyrələr ilə birləşir. Bu minvalla saçların rəngi əmələ gəlir. Bu hüceyrələr kök hüceyrələrin yardımı ilə yenilənir. Əgər orqanizmdə kök hüceyrələrin çatışmazlığı varsa saç köklərinin fəaliyyəti pozulur və saçların ağarması baş verir. Bundan əlavə insan orqanizmi kiçik hissəciklər ilə hidrogen peroksid istehsal edir və insan nə qədər yaşlı olursa o qədərdə bu maddə ifraz olunur.

Bu prosesin baş verməsi ilə saçın daxilində bozarma baş verir və getdikcə saçlar ağarır. Mütəxəssislər bu hadisəni saç folikullarını araşdıraraq kəşf ediblər. Müəyyən edilmişdi ki, orqanizmdə hidrogen peroksidin yığılması fermentlərin azalmasına gətirib çıxarır bu isə insan bədənində mayenin və oksigenin tükənməsinə səbəb olur. Maraqlıdır ki, 40 yaşına çatan dünya əhalisinin 60 faizində melanin çatışmazlığı var. İnsanlar  50 yaşına çatdıqda bu rəqəm 86 faizə çatır. Adətən ilk olaraq brünetlərin sonra sarışınların və qəhvəyi saçı olan insanların saçları ağarır. Saçlarının rəngi ağa oxşayan insanların saçı o biri insanlara nisbətən daha gec ağarır.

Kamran Əliyev

 









Redaktorun seçimi