Ölümdən sonra həyat mümkündür? - Reinkarnasiya ilə bağlı ŞOK FAKTLAR

Ruhun yenidən dünyaya qayıtması və başqa bir bədənə keçməsi... Nə qədər qorxulu səslənsə də, bu hadisənin izahı var.
Metbuat.az-ın məlumatına görə, ruhun köç etməsi hər bir dində fərqli anlayışa malikdir. Məsələn, İslam dini bunun əleyhinədir. Hesab edilir ki, reinkarnasiya məsələsi məhşər gününə, insanların bir yerə toplaşıb Allah qarşısında əməllərinə görə hesabat verməyə aid inanışa çox böyük zərbə vurur.
Hind fəlsəfəsində deyilir ki, hər bir insan paklanmaya qədər ruhu təkrar-təkrar dünyaya qayıdır, arınma prosesini keçə-keçə, nəhayət tam paklanmış vəziyyətdə cənnətə doğru yönəlir. Yəni cənnət Allahın mütləq mənada lütfünün hakim kəsildiyi bir fəza sistemi, cəhənnəm isə yaşadığımız dünyadır. Adəmin cənnətdən qovulması və yer üzünə göndərilməsini də misal çəkirlər. Yəni, o əgər cənnətdən qovularaq yer üzündə yaşamağa məhkum olunubsa, deməli, yer üzündəki həyatın özü cəhənnəm timsallı bir ömür möhlətidir.
Xristianların çox hissəsi buna inansa da, amma 24% -i reinkarnasiyaya inandıqlarını bildiriblər.
Buddizm inancına görə, dünyaya geri gəlmək təsadüfi bir hadisə deyil. İnsanlar əvvəlki həyatında etdikləri yaxşı və ya pis əməllərin bir hissəsidir.
Şamanizmə aid bəzi Şimali və Cənubi Amerika qızıldərililəri, Afrika qəbilələri o biri dünyanı “Ruhlar diyarı” adlandırırlar. Şimali Asiya xalqları insanın 3, ya da 7 canının olduğuna inanırlar. Məsələn, Yukaqir və Çukçi xalqları insanın 3 canı olduğnu deyir. Onların inancına görə, ölən zaman insanın bir rufu qəbrdə qalır, digəri “Ruhlar diyarı”na gedir, o biri ruhu isə göyə qalxır.
Reinkarnasiya hadisəsinə inananlar, yaxud da onu ağlasığmaz olaraq adlandıraraq inanmayanlar da. Lakin tarixdə elə hadisələr olub ki, bu reinkarnasiyaya inanmayanları belə şübhədə qoyur. 1918-2007 tarixləri arasında yaşayan tanınmış psixoloqlardan biri olan Stevenson 1987-ci ildə keçmiş həyatlarını xatırlayan insanlardan bəhs edən bir kitab yazıb. 40 il reinkarnasiya üzərində araşdırma aparan psixoloq yüzlərlə fərqli hadisəni analiz edib.
Stevenson hipnoz əsnasında bir insanın bəhs etdiyi keçmiş həyatını araşdırır. Nəticədə görür ki, həmin insanın danışdığı keçmiş həyatı əslində illər qabaq oxuduğu tarixi bir kitabdakı hadisədir. Lakin söhbət uşaqlardan getdikdə belə bir şeyin mümkün olmağı ağlasığmazdır. 2 yaşlı uşağın kitab oxumağı və ya hər hansı dərin keçmişə sahib olmağı mümkünsüzdür.
Misal olaraq, James Leininger adlı 2 yaşında bir uşaq İkinci Dünya müharibəsi pilotuna aid xatirələrə sahib imiş. Həmin dövrə aid bütün təyyarələr aid məlumatlari bilirmiş. Jamesin valideynlərinin də dünya müharibəsi ilə maraqlanmadığını göz önünə aldıqda 2 yaşlı uşağın bu qədər məlumatı hardan aldığı naməlum qalır.
İndiyə qədər reankarnasiya hadisəsini tam olaraq sübut etmək mümkün olmasa da, buna aid yüzlərlə hadisə yaşanıb.
Müasir dövrdə də reinkarnasiya yaşadığını iddia edən insanlar var. Onlar keçmiş həyatları ilə bağlı xatirələrinin olduğunu deyilər. Heç vaxt getmədikləri yerlər, görmədikləri real insanlarla bağlı xatirələr danışırlar. Psixoloqlar bunu xəyali bir proseslə əlaqələndirir. İnsanın çox sevdiyi şəxs və məkanla bağlı fikirlərinin formalaşmasını adi qəbul edirlər.


