Üzgüçülər daha çox yaşayırlar

Hit: 537
Üzgüçülər daha çox yaşayırlar

İstər yavaş, istər yarışma şəklində olsun, üzgüçülüyün bədənə təsirini saymaqla bitməz. Sadəcə ürək-damar sistemini yaxşılaşdırmır, yaş ilə birgə bədənin zəifləmə səbəbi ilə ortaya çıxan xəstəliklərin (ürək kimi) də riskini azaldır.

Türkiyəli Dr. Qəmzə Şənbursa, yay mövsümündə havada hərarətin mövsüm normallardan artıq olan günlərdə, suda üzmənin bir sıra faydalarını qeyd edib.

Aşağı Təsir:

Faktor.az deyerler.org-a istinadən bildirir ki, ürək proqram məşqləri (kardio məşqlər), qaçma, üzmə kimi, kalori yandırmanın və bədənin formada qalmasının ən təsirli yollarından biridir. Ancaq çox sərt yerlərdə qaçmaq, topuq, oynaq və sümüklərinizə zərər verə bilər. Üzmə, ürək proqram məşqləri etmək, kalori atma və bədəninizə daha nəzakətli davranmanın bir başqa forması sayılır. Geri dönüb, çox sərt təpik atsanız belə, suyun qaldırma gücü oynaq, sümük və biləklərinizin yaralanmasının qarşısını alacaq. Hətta yaralansanız, üzmə, eyni zamanda yaralanma riskini azaltdığı üçün, reablitasiyada da məsləhət görülür.

Fiziki:

Üzmə bütün bədəni işlədən bir məşq prosesidir. Bədənin hər hissəsinin kalori xərcləməsinə kömək edir. Üzmə hərəkətləri istər sərbəst, istər qurbağalama olsun, bədəninizdəki bütün ana əzələ qruplarını işlək vəziyyətə gətirir. Üzmə eyni zamanda boyun, çiyin, qol və qıç elastikliyini təmin edir. Bundan əlavə, koordinasiya, rahatlıq və dözümlülüyü də inkişaf etdirir.

Mental:

Əgər, narahat bir durumda hovuza girsəniz belə, üzmə əhvalınız artacaq. Eyni zamanda fibromialgiyadan (bu sindrom zamanı fibroz toxumada, əzələlərdə və s. yerlərdə xroniki ağrılar baş verir) əziyyət çəkən qadınlarda əsəbilik və depressiyanı azaltmağa kömək etməsi və hamilə qadınlarda mental sağlamlığı inkişaf etdirməsi təsbit olunmuşdur.

Sağlamlıq:

Üzmə ürək xəstəlikləri və infarkt riskini azaldaraq ürək-damar xəstəliyinə müsbət təsir edir. Araşdırmalar nəticəsində məlum olmuşdu ki, üzmək uzun ömür yaşamağa kömək edir. Cənubi Karolina Universitetinin mütəxəssisi Dr. Steven Blair 32 yaşı olan 40.000 kişi üzərində araşdırma aparıb. Gündəlik hərəkətdə olan və oturaq həyat fəaliyyətində olan insanlar üzərində aparılan araşdırmada üzgüçülük ilə məşğul olan insanların ölüm nisbəti daha aşağı olduğu müəyyənləşib. Üzmə ağciyər funksiyalarını inkişaf etdirir. Yaşlandıqca sümük və oynaqlardan qaynaqlanan xəstəliklərin riskini azaldır, kolestrolun səviyyəsini salır və qan təzyiqini azaldır. Oynaq problemlərindən şikayət edən kəslərin suda edəcəyi məşqlər, oynaqda ağrı və narahatlıqlardan xilas olmalarına kömək edər.









Redaktorun seçimi