Göylərin sahibi - ZEVS

Hit: 3673
Göylərin sahibi - ZEVS

Yunan əsatirlərinin böyük, güclü və bir o qədər də qəribə hesab olunan tanrısı Zevs…

Yunanlar min illər boyunca özünü sevən, qürurlu və eşqbaz olan tanrısına dualar ediblər. Onu yaxından tanımaq üçün onun dünyaya gəlməsinə və onun haqqında digər əfsanələrə nəzər yetirəcəyik.

Zevs tanrıların və insanların atası sayılır. Bir tərəfdən də yuxarıda qeyd edilənlər doğru hesab oluna bilər. Ona nə qədər eşqbaz deyilsə də, bu, düz deyil. İnsan və ya tanrı fərq etməz, eşqbaz hər qadının arxasınca şəkildən şəkilə girər, zor tətbiqi və təcavüz edə bilərdi. Bu, heç də eşqbazlıq deyil. İlahi xüsusiyyətləri onun qeyri-adi gücə sahib olmasından ibarət idi.

Zevsin çox pis xarakteri olub. Bu xüsusiyyətləri ilə o daha çox insana bənzəyir. Qədim Romada onu Yupiter adlandırırdılar. Həyat yoldaşı Henra idi. İkisinin də xarakterlərinə ətraflı nəzər yetirsək, görərik ki, Zevsin tanrı xüsusiyyətlərindən daha çox insani xüsusiyyətləri ön plana çıxır. Səmaların tanrısı olaraq bilinən Zevs şimşək və göy gurultusu tanrısıdır. Onun hökmedici gücü var idi. Zevsdən qorxmaq üçün sadəcə, səmaya baxmaq və özünü gücsüz bilmək kifayət edirdi. Dünya barədə çox az biliyə sahib olan insanlar dənizlərdən, səmalardan və təbii fəlakətlərdən təsirlənərək, bu cür tanrılar yaradıblar. İndi isə Zevsə ətraflı nəzər yetirək.

Anası Reya Zevsi onu dünyaya gətirəndən sonra onu Krit adasına aparıb və bir mağarada gizlədib. Mağarada ona bir pəri baxırdı. Pərinin adı Amalteya idi. Meşə pərisi onu keçi südü ilə bəsləyirdi. Ancaq bu normal keçi deyildi, qorxunc bir məxluqa bənzəyirdi və çox böyük idi. Həmin keçi də Günəş tanrısı olan Heriousun dünyaya gətirdiyi keçi idi. Görünüşü ilə Titanları belə qorxuya salırdı.

Zevs böyüyüb öz hökmranlığını qurmaq üçün girdiyi döyüşdə bu keçinin dərisindən qalxan kimi istifadə etmişdi. Titanlara qarşı da özünü bu cür müdafiə etmişdi. Bu qalxanı daha sonra Zevsin qızı Atenada istifadə edib. Hətta Qorqo adlı canavarı bu qalxanla öldürüb və ilanlarla örtülmüş kəlləsini bu qalxana keçirib.

Zevs Reyanın altıncı övladı idi. Atası Xronos ikinci nəsil tanrılarındandır. Xronos öz atası Uranosu məğlub edərək, öz hökmranlığını qurmuşdu. Zevs də eyni ilə atasının yolunu gedərək hökmranlığı ələ keçirərək, üçüncü nəsil olan Olimpos tanrılarının hökmranlığını elan edib.

Zevsin atası Xronos öz atasını məğlub edərək, yerinə keçmişdi. Özünün də eyni aqibətlə üzləşəcəyini bildikdə yerdə qalan beş övladını udmuşdu. Anası Zevsin də qardaşları ilə eyni aqibəti yaşamamsı üçün torpaqların anası sayılan Uranusa dua etmişdi. Onlar da Reyanı Krit adasında yerləşən Liktosa göndəriblər.

Zevs burada dünyaya gəlib. Doğulmasını sevinclə qarşılayan döyüşçülər qalxanlarını yerə vuraraq, uşağın ağlamaq səsinin eşidilməməsinə nail olublar. Həmin çirkin keçi də onu ilk dəfə burada əmizdirmişdi. Əlbəttə, Xronos Zevsi də udmaq istəyirdi. Reya bir daşı parçaya bükərək Xronosun onu udmasına nail olmuşdu. Zevs böyüyəndən sonra gözlənildiyi kimi atasına qarşı çıxmağa başlayıb. Məqsədi atasının udduğu qardaşlarını qaytarmaq idi və bunu bacarıb.

Atasına qarşı hücuma keçən zaman Titanlar ikiyə bölünüblər. Onların bir hissəsi Zevsin tərəfinə keçib və onun yanında döyüşüblər. Ancaq Titanların Zevsin atasına qarşı döyüşdə istədiklərini əldə etmək demək idi. Daha da güclənmək üçün müxtəlif yollardan istifadə olunurdu. Bunlardan ən vacibi ölülər dünyasına düşmək idi. Ölülər ölkəsinin ən dərin yeri olan Tartarosa çatır və atası Xronos tərəfindən əsir saxlanılan Kiklopları və Hekatanxerləri azad edir. Bunun qarşılığında Kikloplar Zevsə ildırımı və şimşəyi verirlər. Bu güc zaman keçdikcə Zevsin rəmzinə çevrilir. Onlardan aldığı dəstək nəticəsində Titanları məğlub edə bilir. Zevs onların hamısını torpağın altına aparıb zəncirləyir. Başlarının üstünə isə üç ədəd Hekatenxer qoyur. Bunlar yüz qolu olan məxluqlar idi.

Kainatın hakimi Zevs nəhayət ki, atasını məğlub edir və qardaşlarını sərbəst buraxır. Artıq kainatın tək hökmdarı idi. Qarşısında heç bir güc dayana bilməzdi. Dərhal qardaşlarını toplayıb onlara vəzifə verir. Və qardaşları artıq Olimpos tanrıları idi. Səmaları özünə götürür, dənizləri qardaşı Paseydona verir, yerin altını isə Hadesə verir. Bütün yer üzü və Olimpos artıq tanrıların ortaq malı hesab olunacaqdı.

Tanrıların baş şahzadəsi sayılan Hera Zevsin həyat yoldaşı olur. Homerin qeydlərinə görə, Zevs yalnız onunla evli olub. Heseydos isə Zevsin bir neçə dəfə evləndiyini yazırdı. Zevs ilk olaraq, Metis ilə evlənmişdi. Metis müdrikliyi təcəssüm edirdi. Bir biliciyə görə, Metisin dünyaya gətirəcəyi oğlan uşağının Zevsi məğlub edəcəyini bilməsi evliliyin pis nəticələnməsinə gətirib çıxarıb. Metis uşağı dünyaya gətirən zaman Zevs gəlib uşağı udur.

Bundan sonra ikinci evliliyi baş tutur. İkinci arvadının adı Temis idi və o, ədaləti təcəssüm edirdi. Daha sonra yenidən Avrinom ilə evlənir. Dördüncü arvadı isə Mnimosindir. Onunla evliliyindən doqquz ilham pərisi dünyaya gəlib. Daha sonra isə bacısı Dimitres ilə birlikdə olub. Bu evliliyindən Persapofon dünyaya gəlib. Bu həmin Persafondur ki, Hadesi qaçırıb öz arvadı etmişdi. Sonuncu arvadı Heradan isə atəş tanrısı Hefaistos, döyüş tanrısı Ales, gənclik ilahəsi Hebe və Elletiya dünyaya gəlib. Bundan sonra Atlasın qızı Maya ilə birlikdə olub və bu evlilikdən Hermes doğulub. Öz alnından isə Atena əmələ gəlir. Semele ilə münasibətdən Dionisis dünyaya gəlib.

Zevs bir çox tanrının ölümünə və bir çoxunun da dünyaya gəlməsinə səbəb olub.

Zevsin xalq arasında bir çox adı və sifətləri var. Misal üçün səmalarda guruldayan, şişmək sovuran, buludları ram edən, keçi dərisindən qalxan daşıyan, yağış yağdıran, uzaqdan eşidilən göy gurultusu, külək əsdirən və göy qurşağı yaradan adlar bunların bəziləridir.

Qədim Romada Zevsi Yupiter kimi tanıyırdılar. Zevsi incəsənət tarixində bir neçə rəmzlərdə görə bilərsiniz. Bu rəmzlər meşə ağacı, buğa və qartaldır. Qadınların arxasınca gəzərkən də zaman-zaman rəmzləşdirilib.

Zevs güçlü biri kimi təsvir edilib. Ümumiyyətlə isə Zevs müdrik və yetkin təəssüratı bağışlayır. Təsvirlərdə ciddi və düşüncəli baxışlar və böyük alnı ilə diqqət çəkir. Saçları çox və dalğavaridir. Saqqalı isə qıvrım.

Qədim rəsmlərdə Zevsi çılpaq görə bilmərik. Çılpaq şəkilləri yayıldıqca rəmzi duruşu da formalaşıb. Ümumiyyətlə, sinəsinin sağ tərəfini və qolunu bayırda saxlayan örtüyü olub.

İncəsənət tarixi baxımından Zevs önəmli fiqurdur. Əlbəttə, tanrıların tanrısı hesab olunan Zevsi rəssamlar həmişə şərəfləndirmək istəyiblər.

Kamran Əliyev









Redaktorun seçimi