Bədəninin qeyri-adi qoxusu olan, özünü Zevsin oğlu adlandıran hökmdar - necə ölmüşdü?

1. İskəndərin müəllimi Aristotel idi və o, digər filosoflarla yola getmirdi
İskəndərin atası Makedoniya kralı II Filip oğluna təhsil verməsi üçün Aristoteli müəllim kimi işə götürmüşdü. İskəndərin Aristotelin yanında üç illik təhsil alması barədə çox az məlumat var, lakin təhsilin sonunda bundan heç bir əsər əlamət qalmamışdı. Yunanıstan şahzadəsi olduğu zamanlarda İskəndər Diogenisin axtarışına çıxmışdı. Diogenis qeyri-adi filosof idi və sosial məsələlərlə bağlı incəlikləri rədd edirdi. Bir gün İskəndər insanların arasından keçərək Diogenisə yaxınlaşıb və onun üçün nə edə biləcəyini soruşub. Diogenisin cavabı isə belə olub:
“Kənarda dur, günəşin qarşısını kəsirsən”.
İskəndər isə Diogenisin bu cavabından təsirlənərək, “İskəndər olmasaydım, Diogenis oalrdım” deyib.
2. İskəndər 15 il ərzində dünyanı fəth edərkən heç bir döyüşdə uduzmamışdı
İskəndərin hərbi taktika və strategiyaları günümüzə kimi hərbi akademiyalarda tədris olunur. İlk qələbəsini 18 yaşında çalaraq, düşmən mövqelərini məğlub etməsi ilə ad qazanmışdı. Eramızdan əvvəl 334-cü ildə İskəndər Yunanıstanda öz hakimiyyətini möhkəmləndirdikdən sonra, Asiyaya (indiki Türkiyə ərazisinə) hücum edərək, İran şahı III Daranı məğlub edib. Döyüş zamanı onun 15 000 nəfərlik ordusu farsların ordusunu darmadağın etmişdi.
3. Aristotel 70 şəhərə öz adını, yalnız bir şəhərə isə atının adını vermişdi
İskəndər öz adını onlarla şəhərə verməklə tarixdə adının xatırlanmasına nail olmuşdu. Bunlardan ən məşhuru e.ə. 331-ci ildə təməli qoyulan Misirin ikinci ən böyük şəhəri İskəndəriyyədir. Ordusunun izləri indiki Türkiyə, İran, Əfqanıstan, Tacikistan və Pakistanda qalıb. Aristotel Hindistana yürüş zamanı fəth etdiyi şəhərə atı Busefalın adını vermişdi.
4. İskəndər həyat yoldaşı Roksanaya ilk baxışdan aşiq olmuşdu
İskəndər Soqdian qayalıqları arasındakı qalanı zəbt edərkən, dəvə gəzdirən bir kişinin qızı Roksanya aşiq olub. Ənənəvi evlilik mərasimindən sonra çörəyi qılıncı ilə iki yerə bölərək öz həyat yoldaşı ilə paylaşıb. Ölümündən bir neçə ay sonra isə yeganə oğlu dünyaya gəlib.
5. İskəndərin dərisinin qeyri-adi qoxusu var idi
Ölümündən 400 il sonra Plutarxın əsərlərində İskəndərin bədənində və nəfəsində qeyri-adi qoxu hiss olunduğu yazılırdı. Qeydlər arasında İskəndərin çox güclü iybilmə qabiliyyətinin olduğu da var. Yaşadığı dövrdə ona Tanrı kimi baxırdılar. Özünü aşkarca Zevsin oğlu adlandırırdı.
6. Farsları məğlub edəndən sonra onlar kimi geyinməyə başlayıb
İrana altı illik müdaxilədən sonra farsların uzun illər mədəniyyət mərkəzi sayılan Persepolis şəhərini fəth edib. Qərara gəlmişdi ki, farslar üzərində nəzarət müddətini uzatmaq üçün onlar kimi hərəkət etmək lazımdır. Ona görə də farslar kimi geyinməyə başlayıb. Həmçinin Fars şəhəri Susada kütləvi evlilik mərasimləri təşkil edərək ordusunun 92 əsgərini fars qadınlarla evləndirib. Özü isə 2 qadınla ailə qurub.
7. Makedoniyalı İskəndərin ölümü qədim dünyanın sirli hadisələrindən biridir
İskəndər e.ə. 323-cü ildə baş tutan yığıncaq zamanı içdiyi şərabdan sonra xəstələnmişdi. Və sadəcə, iki həftə sonra 32 yaşlı hökmdar vəfat etmişdi. Nəzərə alsaq ki, İskəndərin atası mühafizəçisi tərəfindən qətlə yetirilmişdi. İskəndərin ölümündə də görkəmli generalı Antipater və onun oğlu şübhəli bilinirdi. Sonradan isə eyni şəxslər İskəndərin həyat yoldaşı və oğlunu öldürüblər. Antik yazarlar hesab edirdilər ki, bu işdə Aristotelin də əli ola bilər. Müasir tibbə görə isə İskəndərin ölümünə malyariya, ağ ciyər infeksiyası, qara ciyərin öz fəaliyyətini dayandırması və tifdən yaranan qızdırma səbəb olub.
8. İskəndərin bədəni balla dolu çəlləkdə saxlanılıb
Plutarxın yazılarında İskəndərin bədəninin balzamlaşdırılmaq üçün Babilistana aparıldığı qeyd olunub, lakin aparıcı misirşünas A. Vallis Badcın fərziyyəsinə görə, İskəndərin bədəni balla dolu çəlləkdə saxlanılıb. Bunun səbəbi isə İskəndərin bədəninin çürüməsinin qarşısını almaq idi. İskəndərin vəfatından bir neçə il sonra bədəni yenidən Makedoniyaya, sonralar isə ələ keçirilərək keçmiş generalı Ptolemeyə göndərilib. İskəndərin cəsədinə sahib olan Ptolemey onun imperiyasının davamçısı olduğunu nümayiş etdirmək istəyirdi.
Kamran Əliyev//Faktor.az


