Rusiyalı müğənni ərinə xəyanət edir? - FOTOLAR

Hit: 373
Rusiyalı müğənni ərinə xəyanət edir? - FOTOLAR

"А-studio"nun 30 yaşlı solisti Keti Topuriya ərinə xəyanət edir.

Faktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Quf ləqəbli reper Aleksey Dolmatovla eşq yaşayır.

Hətta onlar Taylanda istirahətə yollanıblar. Cütlük villada qalaraq istirahət ediblər.

Rusiya KİV-i Keti və Quf cütlüyünü bir arada görüntüləyə bilib. Məlum olub ki, 37 yaşlı reperlə Topuriya ötən ilin mart ayında "А-studio"nun klip çəkilişində tanış olublar. O gündən sonra sevgili olmağa başlayıblar.

Xatırladaq ki, müğənni iş adamı Lev Qeyxmanla evlidir. O, 2013-cü ildə ailə həyatı qurub, 2015-ci ildə isə Oliviya adlı qız övladı dünyaya gətirib.

Lev işiylə bağlı bir müddətdir ki, ABŞ-da yaşayır.

Keti Topuriya mövzu ilə bağlı açıqlama yayıb. Müğənni deyib ki, ərinə heç vaxt xəyanət etməyib:

"Ərimlə boşanmamışam, münasibətimiz davam edir. Qufla çox yaxın dostluq münasibətlərimiz var. Şəkillərdəki xanım mən deyiləm". 

1
1
1
1








Redaktorun seçimi