Təsbeh haqqında maraqlı faktlar - Müsahibə

Hit: 5089
Təsbeh haqqında maraqlı faktlar - Müsahibə
Günümüzdə bir çox gənclərin və yaşlıların əlində görməyə adət editdiyimiz təsbeh çox əsrlərdən bəri quruluşunu və məzmununu dəyişərək bu günə qədər gəlib çıxmışdır.
 
Təsbehin tarixinə nəzər saldıqda isə, tarixi mənbələr bizə məlum ən qədim təsbehlərin e.ə. II minillikdə Hindistanda yarandığı məlumatını verirlər. Tədqiqatçılar salnamələrə əsaslanaraq belə fikrə gəlmişlər ki, Əməvilər zamanında hərbi əməliyyatların genişlənərək Hindistana çatması və iki sivilizasiyanın qarşılaşaraq bir-birindən təsirlənməsi nəticəsində təsbehlə tanışlıq baş vermişdir. Yəni, məhz o vaxt təsbehi müsəlmanlar hindli brahmanlardan əxz etmişlər. Digər tərəfdən Hindistanın fəthindən sonra mədəniyyətlərin qarşılıqlı mübadiləsi və hindlilərin İslamı qəbul etməsi təsbehin islamlaşmasına, yəni müsəlman təsbehlərinin yaranmasına səbəb olmuşdur. Çünki yeni dini qəbul edən hindlilər keçmiş adətlərindən tamamilə üz döndərməmiş, əksinə İslama tərs olmayanları yeni dinə uyğunlaşdırmışlar.
 
Konkret olaraq İslam mədəniyyətində və ibadətində təsbehin geniş tətbiq edilməsi isə Abbasilər dönəminə aiddir.
Səlcuq türklərinin zamanında (XI əsr) təsbeh təkcə türkdilli xalqlarda deyil, Fələstin ərazisindəki qeyri-müsəlman millətlər arasında da yayılmağa başlamışdır. Həmin dövrdə ilk dəfə Şərq xristianları, əsasən, Fələstin, Suriya və Yunanıstan əhalisi təsbehi müsəlmanlardan götürüb öz mədəniyyətlərinə daxil etmişlər. Qərb xristianlarının dini ayin və ibadətlərində də təsbehdən istifadə olunmuşdur. Tədqiqatçılar bu məsələdə xaç yürüşlərinin də müəyyən təsirini istisna etmirlər.
 
Günümüzdə isə təsbeh artıq fərqli məzmunlarda istifadə olunur. İbadət məqsədilə istifadədən başqa, kimisi kişilik simvolu, kimisi avaraçılıq, kimisi isə qiymətli bəzək əşyası kimi də istifadə edir. Hətta indiki gənclərimizin dilində təsbehlə bağlı məsəllər və hətta “yazılmamış qanunlar” da mövcuddur.
​Təsbeh hazırlamaq isə özlüyündə yüksək səviyyədə diqqət və sənətkarlıq tələb edir. Ölkəmizdə bu sənətlə məşğul olanların sayı da getdikcə artır. Təsbeh formalarının gündən günə dəyişməsi, yeni dizaynla və yeni materiallarla hazırlanması təsbeh alıcılarının diqqətini cəlb etməyə və saylarının artmasına səbəb olub.
 
Bu haqda daha geniş məlumat almaq üçün bu sənətlə məşğul olan gənc ustamız Daşqın Abbasovdan kiçik bir müsahibə aldıq. O, bu sənətlə 3 ildir məşğul olur. Bu sənətə olan xüsusi marağı onu bu sahəyə yönəldib. Hal-hazırda o sosial şəbəkələrdə BrendBaku markası ilə öz məhsullarını təqdiim edir. Ustamızın dediyinə görə onun hazırladığı təsbehlər digərlərindən təsbehin özünəməxsus qanunauyğunluqlariını qoruyub saxlaması ilə seçilir. Təsbeh hazırlamaq üçün usta keyfiyyətli, xüsusən də kəhrəba, əqiq, ometis, sultan hüseyn, mərcan, gematit, xrustal, kristal, ametist, lava, ay daşı və dünya daşlarından istifadə edir. Bundan əlavə onun saat və qolbaq hazırladığının da şahidi olduq. Hansı ki, onların da gözəlliyi elə hazırladığı təsbehlər kimi diqqətimizi cəlb etdi. Şəkil arxivinə baxdığımızda gördük ki, bu sənət əsərləri heç də təkcə bizim yox bir çox məhşurların da diqqətini cəlb edib. Belə ki, bu gün hər kəsin yaxşı tanıdığı Kənan MM, Abbas Bağırov, Sevda Yəhyayeva, İzzət Bağırov, Fərda Xudaverdiyev, Humray Qulamova kimi məhşurlar da məhz onu seçib.
 
​Onunla söhbət zamanı, bizə bildirdi ki, bu cür təsbeh hazırlama əslində çox ölkədə mövcuddur. Amma o Azərbaycanda ilk dəfə olaraq Misir swarovskisindən istifadə edərək Arjandas modelində, həmçinin Atelyestone modeldə qolbağılar hazırlayıb. Və həmçinin bildirdi ki, onun ən böyük arzusu Azərbaycanda bu sahə üzrə öz brendini yaratmaqdır. Oxuyucularımızın nəzərinə çatdırmaq istəyirik ki, Daşqının əl işləri ilə tanış olmaq istəyirlərsə instagramda Brendbaku_ səhifəsinə nəzər salsınlar. Əminik ki buradakı əl işləri hər kəsin zövqünü oxşayacaq. Eyni zamanda onu da qeyd edək ki, Daşqın yaxın zamanlarda əl işlərindən ibarət sərgi keçirməyi planlaşdırır. Bu haqda məlumatı yaxın günlərdə oxucularımızla paylaşacağıq. İndi isə sənətkarımıza uğurlar arzu edir və gələcəkdə daha da yüksək zirvələrdən səsinin gəlməsini diləyirik.
İndi isə Daşqın ustanın əl i.lərini sizə təqdim edirik:
Rəhim Ramiz//Faktor.az

 









Redaktorun seçimi