"INNOLAND"in rezidenti "Digital Startup Awards 2025"də uğurla təmsil olunub

Hit: 644
"INNOLAND"in rezidenti "Digital Startup Awards 2025"də uğurla təmsil olunub
12-13 dekabr tarixində Daşkənd şəhərində Özbəkistan Respublikasının Rəqəmsal Texnologiyalar Nazirliyi, "IT Park Uzbekistan" və "IT Park Ventures"in birgə təşkilatçılığı ilə beynəlxalq "Digital Startup Awards" proqramının böyük finalı keçirilib. Mərkəzi Avrasiya regionunun ən iri startap təşəbbüslərindən biri olan proqramın ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edib. 
İnkubasiya proqramı üzrə isə Azərbaycanı təmsil edən rezident startapımız "Lingozy" 10 min ABŞ dolları məbləğində mükafat əldə edib. 
 
Qeyd edək ki, Azərbaycandan qatılan startaplar ümumilikdə 70 min ABŞ dolları məbləğində qrant qazanıblar. Akselerasiya proqramı üzrə "Recepta" startapı 50 min ABŞ dolları, İnkubasiya proqramı üzrə "SnackPack AZ" startapı 10 min ABŞ dolları mükafat əldə ediblər. Bundan əlavə, "Best Startup Project" kateqoriyası üzrə final mərhələsinə Azərbaycanı "StarkidStories" və "Tryverse" startapları təmsil edib. İnkubasiya proqramında iştirak haqqı qazanmış digər Azərbaycan startapları isə "Crable", "himate.az" və "OLSUN" olub.
 
"Digital Startup Awards" proqramı regional startap ekosistemləri arasında əməkdaşlığı gücləndirərək Azərbaycan startaplarının beynəlxalq miqyasda tanınmasına və yeni inkişaf imkanları əldə etməsinə töhfə verib.






Redaktorun seçimi