AdGo rəqəmsal reklam platforması istifadəyə verilib

Artıq bir neçə müddətdir ki, AdGo rəqəmsal reklam platforması istifadəyə verilib.
Platforma reklam sifarişçilərinə, agentliklərə və media sahiblərinə bir pəncərə üzərindən hava limanları, avtovağzallar, metro, dəmiryolu stansiyaları, taksi və avtobuslar, otellər, biznes mərkəzləri və açıq reklam məkanlarında reklam sifarişi vermək və onu onlayn şəkildə izləmək imkanı yaradır. İndi artıq görüşlərə, sənədləşməyə və vaxt itkilərinə ehtiyac yoxdur — bütün proses tam rəqəmsal şəkildə, rahat və şəffaf interfeys üzərindən həyata keçirilir.
AdGo rəqəmsal platforması bir neçə əsas üstünlüklərə sahibdir:
Ölkə üzrə reklam məkanlarının vahid interaktiv xəritəsi;
Onlayn bronlaşdırma və dərhal ödəniş imkanı;
Real vaxtda performans və görüntü hesabatları;
Kampaniyaların effektivliyinə dair aylıq analitik hesabatlar;
Peşəkar müştəri dəstəyi və fərdi yanaşma.
Əlaqə və daha ətraflı məlumat üçün aşağıda qeyd olunmuş koordinatlar vasitəsilə əlaqə saxlamaq olar:
Veb sayt: www.adgo.az


