“OpenAI” “ChatGPT”ni inkişaf etdirməklə illik gəlirini - 10 milyard dollara çatdırıb

Hit: 218
“OpenAI” “ChatGPT”ni inkişaf etdirməklə illik gəlirini - 10 milyard dollara çatdırıb
OpenAI, süni intellekt ChatGPT chatbotunun istifadəyə verilməsindən sonra üç ildən az müddətdə illik gəlirini 10 milyard dollara çatdıra bilib.
 
“Report” xəbər verir ki, bu barədə şirkət nümayəndəsinə istinadən CNBC məlumat yayıb.
 
Məbləğ ChatGPT-nin istifadəçi versiyasına, korporativ məhsullara ödənişli abunələrin satışı və üçüncü tərəf xidmətlərinə OpenAI texnologiyalarından istifadə etməyə imkan verən tətbiq proqramlaşdırma interfeysi olan API-yə giriş hesabına formalaşır.
 
Eyni zamanda, hesablamaya Microsoft-dan lisenziyalaşdırma royaltiləri və birdəfəlik böyük sövdələşmələrdən əldə olunan gəlirlər daxil deyil.
 
2024-cü ildə OpenAI-nin illik gəliri 5,5 milyard dollar olaraq qiymətləndirilib.
 
CNBC-nin məlumatına görə, şirkət bu tempə çatmaq üçün təxminən 5 milyard dollar xərcləyib. Bugünkü göstəricilərə görə, OpenAI öz gəlirindən təxminən 30 dəfə çox qiymətləndirilib.
 
Kanal həmçinin bildirib ki, şirkət 2029-cu ilə qədər gəlirini 125 milyard dollara çatdırmağı planlaşdırıb.
 
Mart ayının sonuna olan məlumata görə, OpenAI həftəlik 500 milyon aktiv istifadəçi və 3 milyon ödənişli korporativ müştərisi olduğunu bildirib.








Redaktorun seçimi