"YouTube"da yeni funksiya tətbiq ediləcək

"YouTube" yeni funksiyanı sınaqdan keçirir.
Faktor.az xəbər verir ki, bu funksiya ilə istifadəçilər səsin keyfiyyətini sərbəst tənzimləmək imkanı əldə edəcəklər. Yenilik "YouTube Premium" abunəçiləri üçün əlçatan olacaq.
Hal-hazırda platformada səsin keyfiyyəti videotəsvirin çözümlülüyündən asılı deyil. Belə ki, 144 piksel və ya 4K seçimindən asılı olmayaraq, audio dəyişməz olaraq qalır.


