Hakerlər Avropa və Amerikaya genişmiqyaslı kiberhücum həyata keçiriblər
Artıq bir neçə gündür ki, hakerlər Windows, Firefox və Tor-dakı boşluqlar vasitəsilə Avropa və Amerikaya genişmiqyaslı kiberhücum həyata keçirirlər.
Faktor.az 3DNews-a istinadla xəbər verir ki, hakerlər qeyd olunan proqramlarda tapdıqları boşluqlardan məharətcəsinə istifadə ediblər.
Ekspertlər bildirirlər ki, haker qrupu hücumu Rusiyadan edilib. Onlar xüsusi proqram vasitəsi ilə əldə etdikləri məlumatları şifrələyib daha sonra isə kütləvi şəkildə yaymağa başlayıblar. Bir çox internet istifadəçiləri məhz bu hücumun qurbanına çevrilib
Ekspertlər tövsiyyə edirlər ki, internet istifadəçiləri müxtəlif proqramlar yükləyərkən sertifikatlı olub-olmadığını öyrənsinlər. Əks təqdirdə hakerlərin hücumuna məruz qala bilərlər.
Aidə Zərgərova
Faktor.az
Faktor.az