"Meta"nın sahibi nə Trampı, nə Harrisi dəstəkləyəcək

Hit: 2203
"Meta"nın sahibi nə Trampı, nə Harrisi dəstəkləyəcək
Amerikalı milyarder Mark Zukerberq ABŞ prezidentliyi uğrunda mübarizədə namizədlərdən heç birinə dəstək vermək niyyətində deyil. 
 
Valyuta.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
 
Şərh ABŞ prezidentliyinə namizəd Donald Trampın "Meta" korporasiyasının rəhbərinin guya onu dəstəklədiyini və ona qarşı çıxan insanlara heç vaxt səs verməyəcəyini söyləməsi ilə bağlı bəyanatından sonra verilib.
 
Eyni zamanda, "Forbes" xatırladır ki, Trampa sui-qəsd cəhdindən sonra Zukerberq əslində müsahibəsində Trampın güllələnməsinə reaksiyasının "həyatında gördüyü ən gözəl şeylərdən biri" olduğunu demişdi. Lakin o zaman da ona ictimai dəstək ifadə etməyib.
 
Məqalədə qeyd edilir ki, Zukerberqin Tramp və tərəfdarları ilə qalmaqallı keçmişi var və bunun əsas səbəbi, respublikaçıların dəfələrlə mübahisə etdiyi sosial media məzmununun moderasiya siyasətlərinin demokratların lehinə əyilməsidir.








Redaktorun seçimi