Təqaüdçülər üçün ən yaxşı və ən pis Avropa ölkələri hansılardır?

Hit: 2489
Təqaüdçülər üçün ən yaxşı və ən pis Avropa ölkələri hansılardır?
Təqaüdə çıxmaq üçün başqa ölkəyə köçmək sosial təminat, səhiyyə və maliyyə məsələləri baxımından ciddi araşdırma və planlaşdırma tələb edir.
 
2021-ci ildən bu istiqamətdə “Mercer CFA” İnstitutunun qlobal indeksində üç ölkə üstünlük təşkil edir ki, bunlar İslandiya (orta xal 84,6), Hollandiya (orta xal 84,4) və Danimarkadır (orta xal 81,8). Bu ölkələr son üç ildə ən yaxşı pensiya sistemlərinə malik ölkələr hesab edilir.
 
“Hər üç ölkə böyük sənaye fondlarına malikdir ki, bu fondlara işçilər və işəgötürənlər tərəfindən müəyyən töhfələr verilir. Bu fondlarda məcburi və ya kvazi-məcburi sxemlər mövcuddur”, - deyə “Mercer”in İnvestisiyalar və sərvət departamentinin rəhbəri Eymir Uolş bildirib.
 
Bu il Niderland əhalisi effektiv üstünlüklər, güclü aktivlər bazası və məntiqli tənzimləmə sayəsində ən yüksək ümumi indeks balı (85,0) alıb. İspaniya, İtaliya və Xorvatiya kimi məşhur Avropa ölkələri isə bəzi çatışmazlıqla üzləşib.
“Mercer”in indeksi pensiya sistemlərinin qiymətləndirildiyi üç altkateqoriyadan ibarətdir ki, bunlar yetərlilik, dayanıqlılıq və dürüstlükdür.
 
Mənbə: UNİAN








Redaktorun seçimi