Süni intellekt imkanları olan “Windows 12”nin buraxılacağı tarix açıqlanıb

Hit: 2496
Süni intellekt imkanları olan “Windows 12”nin buraxılacağı tarix açıqlanıb
“Windows 12” sistemi 2024-cü ilin iyununda istismara veriləcək.
 
“Microsoft” “Windows 12” sistemini gələn ilin iyununda işə salacaq. Bu, həm də ofis işçilərinin, məktəblilərin və tələbələrin işə və məktəbə başlamazdan əvvəl öz kompüter cihazlarını yenilədikləri dövrdür.
 
Şirkətin növbəti əməliyyat sistemində süni intellektə (Sİ) əsaslanan funksiyaların mövcud olacağı bildirilib.
 
“Windows 12”dəki süni intellekt sistemləri işləkliyin artırılması, təhlükəsizlik və istifadəçi təcrübəsinin yaxşılaşdırılması üçün istifadə ediləcək. “Microsoft”un yeni əməliyyat sisteminin “Ryzen 7000” və “Intel Meteor Lake” prosessorları ilə iş zamanı Sİ qurğularının xüsusiyyətlərini dəstəkləməsi gözlənilir. Hətta bir qədər əvvəl “Intel” şirkəti yeni prosessorlarının “Windows 12” də daxil olmaqla hazırlandığını bəyan edib.
 
“Microsoft” özü hələ Sİ-nin növbəti əməliyyat sisteminə necə daxil ediləcəyi barədə təfərrüatları açıqlamayıb. Şirkət, hazırda “Windows 11” və “Windows 10” sistemlərinin mövcud versiyalarını yeniləyir və onlara süni intellekt xüsusiyyətlərini tətbiq edir.








Redaktorun seçimi