"Virtual Azərbaycan Qrup of Kompani" MMC-nin təşəbbüsü ilə su ehtiyatları qiymətləndiriləcək

Hit: 213
"Virtual Azərbaycan Qrup of Kompani" MMC-nin təşəbbüsü ilə su ehtiyatları qiymətləndiriləcək

Azərbaycanda su ehtiyatları peyk vasitəsilə təyin ediləcək

“Azərkosmos” ASC-də ”Virtual Azerbaijan Group of Companies” MMC-nin təşəbbüsü ilə su ehtiyatlarının qiymətləndirilməsinə dair görüş keçirilib.
 
Bu barədə Azərkosmos”dan məlumat verilib.
 
Məlumata görə, Görüşün əsas məqsədi Azərbaycanda su ehtiyatlarının peyk təsvirləri vasitəsilə tədqiqatı, yeraltı su qaynaqları haqqında əldə olunan məlumatın analizi və düzgün şəkildə emalı olub. Tərəflər ölkəmizin su ehtiyatlarının peyk təsvirləri və 16 müxtəlif parametr üzrə tədqiqat edilməsi barədə müzakirələr aparıblar.
 
Qeyd edilib ki, hazırda ölkəmizdə yeraltı su ehtiyatlarını təyin etmək üçün ənənəvi üsullardan istifadə olunur. Bu isə həm zaman, həm də maliyyə baxımından artıq resurs tələb edir. “Azersky” peyk təsvirlərindən, müasir analiz və monitorinq alətlərindən istifadə etməklə ölkəmizdə su ehtiyatlarının, xüsusilə yeraltı suların yerini 80 % - 95 % dəqiqliklə təyin etmək mümkün olacaq. Bu da öz növbəsində ölkəmizdə su ehtiyatları və onların səmərəli istifadəsinə gətirib çıxaracaq.

Qeyd edək ki, “Azərkosmos” ASC ilə ölkəmizdə sus sistemlərinin idarəedilmısinin avtomatlaşdırılması sahəsində ixtisaslaşmış ”Virtual Azerbaijan Group of Companies” MMC 2019-cu ildən etibarən bir sıra layihələrdə uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlıq müddətində Virtual Azerbaijan Group of Companies peşəkarlığını saxlamış və layihələrin uğurla nəticələnməsini təmin etmişdir. Hazırda “Azərkosmos” ASC ilə ”Virtual Azerbaijan Group of Companies” MMC arasında  Azərbaycanda yeraltı və yerüstü su ehtiyyatlarının təyini və qiymətləndirilməsi layihəsi üzrə ikitərəfli əməkdaşlıq davam edir.
 
 








Redaktorun seçimi