“Amazon” Avropaya bağlamaların dronla göndərilməsinə 2024-cü ildə başlayacaq

Hit: 1506
“Amazon” Avropaya bağlamaların dronla göndərilməsinə 2024-cü ildə başlayacaq
“Amazon” şirkəti Avropada “Prime Air” dronları ilə özünün çatdırılma xidmətini 2024-cü ildə işə salmağa hazırlaşır.
 
AZƏRTAC xəbər verir ki, “Amazon” texnologiya nəhənginin bu ambisiyası bir neçə il bundan əvvəl, daha dəqiq desək, 2013-cü ildə Ceff Bezosun ilk dəfə bu xidmət haqqında danışdığı vaxt yaranıb. Lakin yalnız indi bu ideya öz təsdiqini tapıb və ABŞ-da bir neçə sınaqdan sonra 2024-cü ilin sonunda Avropa ölkələrində işə salınacaq. “Amazon” sifarişlərinin istehlakçılara dronların köməyi ilə çatdırılacağı ilk Avropa ölkələri İtaliya və Böyük Britaniya olacaq.
 
2022-ci ilin sonunda bu xidmət çəkisi 2,25 kiloqramadək bağlamaların 1 saatdan az müddət ərzində çatdırılmasını təklif edərək, Şimali Amerikanın Lokkford (Kaliforniya ştatı) və Kollec-Steyşn (Texas ştatı) kimi əhalisi az olan şəhərlərində kommersiya əsasında fəaliyyət göstərmək qazanıb.
 
“Amazon Prime Air”in Avropa debütü şirkətin “MK30” dronu ilə həyata keçiriləcək. Bundan əvvəl ABŞ-da təqdim olunan xidmətdə istifadə edilmiş “MK27-2” modeli ilə müqayisədə, bu model daha kiçik və yüngüldür. Həmçinin əvvəlkindən 40 faiz daha səssiz olmaqla, 10 metr yüksəkliyə qalxır, az yağışlı və küləkli havada da uça bilir.
 
Hazırda şirkətin məqsədi bu yeni sistemin köməyi ilə 2030-cu ilədək ildə 500 milyon sifarişi yerinə yetirməkdir.
 
Avropada dronlar “Amazon” şirkətinin gündəlik çatdırılma üzrə logistik paylaşdırma mərkəzləri vasitəsilə idarə olunacaq, hazırda yük maşınları və digər çatdırılma vasitələrinin yola salındığı yerdən göndəriləcək.
 
“Amazon” hər bir ölkədə dronları vahid mərkəzə birləşdirməyə və öz xidmətlərini tədricən genişləndirməyə başlayacaq.








Redaktorun seçimi