“SpaceX” “Starlink” peyklərinin növbəti partiyasını orbitə çıxaracaq

Hit: 1640
“SpaceX” “Starlink” peyklərinin növbəti partiyasını orbitə çıxaracaq
Şənbə günü “Falcon 9” daşıyıcı raketi “Starlink” sisteminin qlobal internet əhatə şəbəkəsinin orbital bürcünü artırmaq üçün 22 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.
 
Faktor.az xəbər verir ki, bu barədə “SpaceX” şirkəti məlumat yayıb.
 
Bu, “Starlink” layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 103-cü, bu ilin əvvəlindən isə 34-cü buraxılışıdır.
 
“SpaceX” artıq bu peyklərdən 4,9 mindən çoxunu orbitə çıxarıb. Onlardan bəziləri uğursuz olub. Orbitdə, təxminən, “SpaceX” ə məxsus 4,6 min cihaz işlək vəziyyətdə qalır.








Redaktorun seçimi