“PlayStation 5 Pro”nun bəzi özəllikləri açıqlanıb

Hit: 1302
“PlayStation 5 Pro”nun bəzi özəllikləri açıqlanıb
Təkmilləşdirilmiş “PlayStation 5”-in əsas xüsusiyyəti yeni qrafik prosessoru olacaq.
 
Faktor.az xəbər verir ki, bu barədə KeyToGaming internet portalı məlumat yayıb.
 
Bildirilib ki, “Sony” yenilənmiş PS5 konsolunun istehsalını həyata keçirmək üçün son işləri görür. Cihaz “PlayStation 5 Pro” adlanacaq və orijinal konsoldan daha yüksək performansa malik olacaq. Konsol 2024-cü ilin noyabrında təqdim edilməlidir.
 
Cihazın fərqləndirici xüsusiyyəti yeni qrafik prosessoru olacaq. Konsolun xüsusiyyətləri ilə bağlı açıqlanan hesabatdan məlum olur ki, qurğu həm də “bəzi memarlıq üstünlükləri” əldə edəcək.
 
Bundan əlavə, PS5 Pro GPU-nun saniyədə 18 giqabit sürətə sahib olacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, PS5 saniyədə 14 giqabitdir. Yəqin ki, yenilik oyunları idarə etməyə imkan verəcək 8K “performans rejimi” ilə bağlı olacaq.








Redaktorun seçimi