Dünya haqqında bilmədiklərimiz - Hər yaradılışda bir hikmət var

Yaşadığımız məkan elə peşəkar ustanın əl işidir ki, hüceyrəsindən tutmuş balinasına kimi sirlərlə doludur. Hər yaradılışda bir hikmət, bir zərgər dəqiqliyi var.
Faktor.az dünyamız haqında daha öncə eşitmədiyiniz maraqlı faktları təqdim edir.
1. Dünyadakı qızılın 99 faizi nüvə hissəsindədir. Bu qızıl ehtiyatı ilə dünyanı 45 sm qızılla örtmək olar.
2. Ən qədim insan tərəfindən inşa edilən dini məbəd miladdan öncəyə aiddir. Bizim eradan 10 min il öncə tikilib. Bu, Türkiyə ərazisində Göbeklitəpədir.
3. Hər gün 200 min insan doğulur. Dünyanın ən bahalı qurumu Beynəlxalq Kosmik Stansiyadır. Onun inşasına 150 milyard dollar xərclənib. Dünyanın ən uzaqdan çəkilmiş fotosu təqribən 6 milyard km məsafədəndir. Bu solğun mavi nöqtə adlanır.
4. Dünyadakı ən dayanıqlı canlı Tardigraddır. O, vakumlu məkanda 10 gün yaşaya bilir.
5. Dünya nüvəsində 5500 dərəcə temperatur var. Bu, Günəşin səthi ilə eynidir.
6. Antarktikadakı buz Atlantik okeanındakı su ilə eynidir.
7 .İndiyə kimi qeydə alınan ən yüksək temperatur 1922-ci ildə Liviyanın Əl Azizia rayonunda qeydə alınıb – 57.8 dərəcə.
8. Dünyaya hər gün 8.600.000 ildırım düşür.
9. Əgər Yer kürəsi indiki vəziyyətindən 100.000 km Günəşə yaxın və ya Günəşdın uzaq olsaydı, ya soyuqdan donardıq, ya da istidən buxarlanardıq.
10. Ayda gecə-gündüz sərhədi kəskin hiss edildiyindən siz bir ayağınızı qaranlığa, digər ayağınızı işıqlılığa qoya bilərsiz.
Şamxal//Faktor.az//


