“Twitter”də yeni funksiya
"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir.
Faktor.az xəbər verir ki, bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauzer versiyasında, abunəçinin adının yanındakı menyuda mümkün olacaq. Eyni zamanda, "Twitter" istifadəçilərə hesab sahibinin ondan abunəlikdən çıxdığını bildirməyəcək və onlar istəsələr yenidən abunə ola bilərlər.
Bundan əvvəl "Twitter" izləyicilərini yalnız bloklamağa icazə verirdi.