Vaxtından əvvəl doğulan körpələrin ilk ili ilə bağlı mühüm təlim keçirilib

Hit: 189
Vaxtından əvvəl doğulan körpələrin ilk ili ilə bağlı mühüm təlim keçirilib
Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü münasibətilə Hövsan Sağlamlıq Mərkəzində təlim keçirilib.
 
Təlimdə Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşları da iştirak ediblər.
 
Təlimin əsas məqsədi vaxtından əvvəl doğulmuş körpələrin həyatının ilk ilində nevroloji qiymətləndirilməsinin əhəmiyyətini vurğulamaq, eləcə də ilkin səhiyyə xidməti müəssisələrində bu uşaqlara göstərilən tibbi xidmətin təşkili məsələlərinə diqqət çəkmək olub.
 
Təlimi giriş sözü ilə açan BBSM-in Təlim və inkişaf şöbəsinin müdiri Nərgiz Bağırova bu cür maarifləndirici tədbirlərin tibb işçilərinin bilik və bacarıqlarının artırılması, peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
 
Daha sonra BBSM-in Tibbi xidmətin təşkili departamentinin İlkin tibbi sanitariya yardımının təşkili şöbəsinin böyük mütəxəssisi Aynur İsmayılova “İlkin səhiyyə xidmətində vaxtından əvvəl doğulmuş və ekstremal azçəkili uşaqların inkişafının izlənilməsi”, 7 nömrəli Uşaq Poliklinikasının həkim-nevroloqu Şəhla Əsədova isə “Vaxtından əvvəl doğulmuş uşaqların həyatının ilk ilində nevroloji qiymətləndirilməsi və müşahidəsi” mövzularında təqdimatlarla çıxış ediblər.
Sual-cavab formatında davam edən təlimdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.






Redaktorun seçimi