Ağdərə rayonunun Vəngli kəndində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub

Hit: 168
Ağdərə rayonunun Vəngli kəndində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub
Qarabağın bərpası və yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində işğaldan azad olunmuş ərazilərə qayıdan sakinlərin sosial və tibbi xidmətlərlə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.
 
Bu istiqamətdə Ağdərə rayonunun Vəngli kəndinə köçürülən sakinlərin sağlamlıq vəziyyətini qiymətləndirmək, xəstəlikləri erkən mərhələdə aşkarlamaq və tibbi xidmətləri yerində göstərmək məqsədilə səyyar tibbi xidmət təşkil olunub.
 
Səyyar tibbi xidmət Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti tərəfindən həyata keçirilib. Terapevt və pediatr həkimlərin, eləcə də təcili tibbi yardım əməkdaşlarının iştirakı ilə aparılan müayinələr nəticəsində ümumilikdə 32 nəfərə zəruri tibbi xidmətlər göstərilib.






Redaktorun seçimi