Xankəndi şəhərinin təcili tibbi yardım əməkdaşları stasionardan kənar doğuşu uğurla həyata keçiriblər

Hit: 164
Xankəndi şəhərinin təcili tibbi yardım əməkdaşları stasionardan kənar doğuşu uğurla həyata keçiriblər
Oktyabrın 27-də Xankəndi şəhərində fəaliyyət göstərən Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları stasionardan kənar doğuşu uğurla başa çatdırıblar.
 
Tibb işçilərinin operativliyi, peşəkarlığı və çevik müdaxiləsi nəticəsində ana və körpəyə doğuşdan dərhal sonra ilkin tibbi yardım göstərilib. Daha sonra onlar təhlükəsiz şəkildə Bərdə Rayon Doğum Evinə çatdırılıblar.
 
Ana saat 06:15-də doğum evinə qəbul edilib. Hamiləliyin 38 həftə 3-cü günündə olan qadın 2880 qram çəkidə sağlam oğlan uşağı dünyaya gətirib.
 
Hazırda ana və körpənin ümumi vəziyyəti stabildir. Onlar həkim nəzarəti altındadır və zəruri tibbi xidmətlər göstərilir.
 






Redaktorun seçimi