Kəlbəcərdə məktəblilər və ailələr üçün tibbi xidmət təşkil olunub

Hit: 185
Kəlbəcərdə məktəblilər və ailələr üçün tibbi xidmət təşkil olunub
Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının Kəlbəcər Ailə Sağlamlıq Mərkəzi tərəfindən məktəblilərin sağlamlığının qorunması və patronaj xidmətinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
 
Kəlbəcər şəhərində yerləşən B. Cəfərov adına 1 saylı tam orta məktəbdə dispanserizasiya tədbiri keçirilib. Tədbir çərçivəsində 40 şagird həkim-pediatr tərəfindən müayinə olunub, 18 yeniyetmə qızla həkim-ginekoloq tərəfindən maarifləndirici söhbət aparılıb.
 
Bununla yanaşı, 14 ailənin 39 üzvünə patronaj xidməti göstərilib.
 
Bu cür tədbirlər tibbi xidmətlərin əlçatanlığının artırılmasına, sağlamlıq risklərinin erkən aşkarlanmasına və profilaktik tədbirlərin vaxtında həyata keçirilməsinə xidmət edir.






Redaktorun seçimi