Gündəlik meyvə qəbulu yeniyetmələrdə depressiya və narahatlıq riskini azalda bilər

Hit: 175
Gündəlik meyvə qəbulu yeniyetmələrdə depressiya və narahatlıq riskini azalda bilər
Avstraliyada aparılan araşdırma gündəlik meyvə qəbulunun artırılmasının yeniyetmələrdə depressiya və narahatlıq simptomları riskinin azalması, şəkərli içkilərin çox istehlakının isə bu risklərin artması ilə əlaqəli olduğunu göstərib.
 
AZƏRTAC “The West Australian” qəzetinə istinadla xəbər verir ki, Sidney Universitetinin tədqiqatçıları dörd il ərzində Avstraliyanın üç ştatında orta məktəbdən 6537 yeniyetməni müşahidə ediblər. Nəticələrə görə, depressiya simptomları riskinin 13 faiz, narahatlıq simptomları riskinin isə 7 faiz azalması gündəlik əlavə bir porsiya meyvə qəbulu ilə əlaqələndirilib.
 
Araşdırmada, həmçinin şəkərli və idman içkilərinin daha çox istehlakının depressiya və narahatlıq simptomları riskinin artması ilə əlaqəli olduğu müəyyən edilib. Bu əlaqənin, xüsusilə narahatlıq baxımından, oğlanlarda daha güclü olduğu bildirilib.






Redaktorun seçimi