Şuşa Rayon Mərkəzi Xəstəxanasında təlim keçirilib

Hit: 166
Şuşa Rayon Mərkəzi Xəstəxanasında təlim keçirilib
Şuşa Rayon Mərkəzi Xəstəxanasının Yasamal poliklinikasında HR şöbəsinin müdiri Aynur Hüseynova tərəfindən tibbi və qeyri-tibbi işçilər üçün “Peşəkar etika və davranış standartları” mövzusunda təlim keçirilib.
 
Təlim zamanı peşəkar etika prinsipləri, davranış qaydaları, iş mühitində qarşılıqlı hörmət və əməkdaşlıq mədəniyyəti, eləcə də digər məsələlər müzakirə olunub. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Redaktorun seçimi