Sumqayıtda 1900-dən çox ailə patronaj qayğısı ilə əhatə olunub
Ana və uşaq sağlamlığının qorunması istiqamətində patronaj xidməti modeli uğurla həyata keçirilir və müsbət nəticələr verir. TƏBİB tibbi yardımın keyfiyyətini artırmaq üçün xidməti ailələrə daha yaxınlaşdırır.
Sumqayıt şəhərində keçirilən tibbi müayinələr çərçivəsində 1964 ailə patronaj ziyarətləri ilə əhatə olunub. Müayinələrdən 1529 uşaq, 282 hamilə və 150 zahı keçib. Beləliklə, çoxsaylı ailələr tibbi dəstəyi birbaşa öz yaşayış yerlərində əldə edib.
Yeni modelin əsas üstünlüyü ondan ibarətdir ki, tibbi xidmət təkcə xəstəlik zamanı göstərilmir. Risklər erkən mərhələdə aşkarlanır, profilaktik tədbirlər isə vaxtında görülür. Beləliklə, sağlam gələcək ailələrin öz evində başlayır.


































































