ATU-da sistem qırmızı qurdeşənəyinin müasir diaqnostika və müalicəsi müzakirə olunub

Hit: 182
ATU-da sistem qırmızı qurdeşənəyinin müasir diaqnostika və müalicəsi müzakirə olunub
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında rezidentlər üçün sistem qırmızı qurdeşənəyinin (SQQE) müasir diaqnostika və müalicə prinsiplərinə həsr olunmuş elmi seminar keçirilib.
 
Tədbir BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİMs) "Yaxşı səhiyyə və rifah" (Məqsəd 3) və "Keyfiyyətli təhsil" (Məqsəd 4) hədəflərinə tam uyğun olaraq, gənc həkimlərin peşəkarlığının artırılmasına və əhalinin keyfiyyətli tibbi xidmətlə təminatına töhfə vermək məqsədi daşıyır.
 
Seminarda məruzə ilə ATU-nun III Daxili xəstəliklər kafedrasının professoru, əməkdar elm xadimi, tibb elmləri doktoru, klinikanın Revmatologiya və qastroenterologiya şöbəsinin müdiri Sahib Musayev çıxış edib. Məruzədə xəstəliyin diaqnostikasında klinik, laborator və immunoloji müayinələrin, müalicəsində isə hidroksixloroxin, qlükokortikoidlər, immunosupressiv və bioloji preparatların əhəmiyyəti vurğulanıb.
 
Həmçinin SQQE-nin oynaq təzahürləri, Jakkoud artropatiyasının revmatoid artritdən fərqləndirilməsi və xəstəliyin düzgün diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb.
 
Seminar çərçivəsində, dayanıqlı inkişafın ana və uşaq sağlamlığının qorunması prinsiplərinə uyğun olaraq, SQQE olan hamilə qadınlarda hamiləliyin və doğuşun uğurla başa çatdırılması üçün tətbiq olunan müasir yanaşmalar da müzakirə edilib. Tədbir rezidentlərin xəstəliyin diaqnostikası, diferensial diaqnostikası və müalicəsi üzrə biliklərinin artırılması, eləcə də ölkədə tibbi təhsilin davamlılığının təmin olunması baxımından böyük əhəmiyyət daşıyıb.






Redaktorun seçimi