“Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim
Şuşa Rayon Mərkəzi Xəstəxanasının Qobu Park II yaşayış massivində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Gülgün Gündüz və Xanalılar Kənd Həkim Məntəqəsinin tibb qardaşı Məmmədov Göyüş tərəfindən “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib.
Təlim zamanı tibb işçilərinin pasiyentlərlə düzgün və etik ünsiyyəti, peşəkar davranış prinsipləri, tibbi etika və deontologiya qaydalarına riayət olunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Təlimin əsas məqsədi tibb işçilərinin peşəkar davranış bacarıqlarının daha da inkişaf etdirilməsi və pasiyent məmnuniyyətinin artırılmasıdır.



































































