ATU-da görüş: gələcək stomatoloqlarla klinik fəaliyyət və davamiyyət müzakirə edildi

Hit: 165
ATU-da görüş: gələcək stomatoloqlarla klinik fəaliyyət və davamiyyət müzakirə edildi
Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsində bütün kurslar üzrə qrup nümayəndələrinin iştirakı ilə görüş keçirilib. 
 
Görüşdə fakültənin dekanı, dosent Elmira Əliyeva tələbələrin tədris prosesi, davamiyyəti, universitetdaxili qaydalara əməl olunması və klinik fəaliyyəti ilə bağlı mühüm məsələlərə toxunub. Əsas diqqət V kurs tələbələrinin klinik fəaliyyət imkanlarına yönəldilib. Tələbələrə həkim-rezidentlərin nəzarəti və rəhbərliyi altında xəstə qəbulu prosesində iştirak etmək imkanları barədə ətraflı məlumat verilib. 
 
Görüş zamanı dərslərdə mütəmadi iştirakın və davamiyyət qaydalarına ciddi əməl olunmasının vacibliyi vurğulanıb. Tələbələrə tədris prosesinə məsuliyyətli yanaşmağın onların peşəkar hazırlığında mühüm rol oynadığı bildirilib. I kurs tələbələrinə isə xüsusi tövsiyələr verilib. Onlara universitetin daxili intizam və tədris qaydaları ilə ətraflı tanış olmaları, müəyyən edilmiş tələblərə məsuliyyətlə yanaşmaları və tələbəlik fəaliyyətlərini bu qaydalara uyğun təşkil etmələri tövsiyə olunub. 
 
Görüşün davamında tələbələrin sual və müraciətləri dinlənilib. Tədris prosesi və fakültənin fəaliyyəti ilə bağlı qaldırılan məsələlərə ətraflı izahatlar verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb. 






Redaktorun seçimi