Səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə İSİM-in bir qrup əməkdaşı təltif olunub
Azərbaycan Respublikasının səhiyyə nazirinin müvafiq əmrləri ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) bir qrup işçisi təltif olunub. Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 20 illik yubileyi münasibətilə və səhiyyə sahəsində səmərəli fəalliyyətləri nəzərə alınaraq, İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev, Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva və Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunublar.
Nazirin digər Əmri ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin adları aşağıda qeyd olunan işçiləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif ediliblər:
1. Lətafət Dadaşova – Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdir müavini;
2. Ülkər Camalova – Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini;
3. Rüstəm Məmmədov – Baş hüquq məsləhətçisi;
4. Kamila Kərimova – Təlim-resurs şöbəsinin müdiri;
5. Samir Mehdiyev – Səhiyyə texnologiyaları və teletəbabət şöbəsinin müdiri;
6. Lütfi Qafarov – İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdiri;
7. Aysel Qurbanlı – İnsan resursları və hüquq şöbəsinin müdiri;
8. İnara Makayeva – Monitorinq və təhlil şöbəsinin müdiri;
9. Cəmil Abbasov – Müharibə veteranları və şəhid ailələri ilə əlaqələndirmə şöbəsinin müdiri;
10. Pərvin Quliyeva – Təlim-resurs şöbəsinin müdir müavini.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov təltifləri təqdim edərək hər birinə fəaliyyətində yeni uğurlar və nailiyyətlər arzulayıb.









































































