Kəlbəcər rayonunda səyyar tibbi xidmət təşkil olunub
Qarabağın bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin sosial və tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi diqqət mərkəzində saxlanılır.
Bu istiqamətdə Kəlbəcər rayonuna köçürülən sakinlərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərin yerində göstərilməsi məqsədilə səyyar tibbi xidmət təşkil olunub.
Səyyar tibbi xidmətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti iştirak edib. Müayinələr zamanı terapevt, cərrah, pediatr, mama-ginekoloq, kardioloq, nevropatoloq və endokrinoloq tərəfindən, həmçinin USM və laborator müayinələr vasitəsilə ümumilikdə 27 nəfərə zəruri tibbi xidmətlər göstərilib.




































































