Marsol Group partnyorları qanvermə aksiyasına iştirak edib
“27 sentyabr – Anım Günü”nə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə keçirilən qanvermə aksiyasının ilk ünvanı Lənkəran-Astara bölgəsi olub.
Aksiya çərçivəsində Lənkəran-Astara bölgəsində fəaliyyət göstərən Marsol Region partnyorları, şirkət əməkdaşları və yerli sakinlər, eləcə də Lənkəranda işgüzar səfərdə olan
Marsol Group partnyorları qanvermə aksiyasına qoşularaq xeyirxah təşəbbüsə öz dəstəklərini göstəriblər.
Könüllü qanvermə zamanı donorların sağlamlıq vəziyyəti mütəxəssislər tərəfindən yoxlanılıb və müvafiq tibbi müayinədən sonra qan götürülüb.
Aksiyaya qoşularaq öz dəstəyini göstərən Marsol Region partnyorlarına, şirkət əməkdaşlarına, yerli sakinlərə və Lənkəranda səfərdə olan Marsol Group partnyorlarına təşəkkür edirik.
KOBİA və İCMA-nın birgə təşkilatçılığı, Marsol Group, Məlhəm Beynəlxalq Hospital, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Respublika Qan Bankının tərəfdaşlığı ilə keçirilən aksiya 24 sentyabr tarixində Quba-Xaçmaz və Şəki-Zaqatala, 25 sentyabr tarixində isə Bakı şəhərində davam edəcək.































































