Xocalı Həkim Məntəqəsində səyyar tibbi xidmət təşkil olunub

Hit: 159
Xocalı Həkim Məntəqəsində səyyar tibbi xidmət təşkil olunub
Qarabağın bərpası və yenidən qurulması istiqamətində aparılan genişmiqyaslı tədbirlər çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçən sakinlərin sosial-tibbi infrastruktura çıxışının təmin edilməsi diqqət mərkəzində saxlanılır. 
 
Bu istiqamətdə Xocalı rayonunun Xocalı Həkim Məntəqəsində əraziyə köç edən sakinlərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərin yerində göstərilməsi məqsədilə səyyar tibbi xidmət təşkil olunub.
 
Səyyar tibbi xidmətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti iştirak edib. Müayinələr zamanı terapevt, cərrah, pediatr, mama-ginekoloq, USM, kardioloq, nevropatoloq, laborant və endokrinoloq tərəfindən ümumilikdə 70 nəfərə zəruri tibbi xidmətlər göstərilib.






Redaktorun seçimi