Kardiologiya İnstitutunda elmi seminar keçirilib

Hit: 153
Kardiologiya İnstitutunda elmi seminar keçirilib
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun konfrans zalında elmi seminar keçirilib.  
 
Seminara dos.Yusifli Rafiq sədrlik edib. Seminarda rezident Dr. Bayramov Şamxal “Ürək-damar xəstəlikləri və xroniki böyrək xəstəliyinin idarə olunmasına müasir baxış” mövzusunda, rezident Dr. Cəlilov Zaur isə “Kliniki hal” mövzusunda çıxış ediblər.
 
Seminarda ürək-damar və xroniki böyrək xəstəliklərinin qarşılıqlı əlaqəsi, müasir diaqnostika və müalicə üsulları, həmçinin xəstələrin idarə olunmasında yeni yanaşmalar müzakirə olunub. Seminar çərçivəsində mövzu ilə bağlı təqdimatlar dinlənilib, iştirakçıların sualları cavablandırılıb və aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 






Redaktorun seçimi