ATU-da doktoranturaya qəbul üzrə ixtisas imtahanları keçirilir

Hit: 153
ATU-da doktoranturaya qəbul üzrə ixtisas imtahanları keçirilir
Azərbaycan Tibb Universitetində (ATU) doktoranturaya qəbul üzrə imtahanların növbəti mərhələsinə start verilib. Sentyabrın 14-dən etibarən doktoranturaya qəbul olmaq istəyən namizədlər ixtisas fənləri üzrə imtahanlarda iştirak edirlər. 
 
14-18 sentyabr tarixlərində keçiriləcək imtahanlar ümumilikdə 22 ixtisası əhatə edir. Bu mərhələdə 46 namizədin iştirakı nəzərdə tutulub. 
 
İmtahan prosesinin əvvəlki mərhələsi fəlsəfə fənni üzrə ATU-nun Test Mərkəzində keçirilib. Namizədlərə 50 test sualı təqdim olunub. Sualların ən azı 25-nə düzgün cavab verən iştirakçılar ixtisas fənləri üzrə imtahana buraxılıblar. 
 
Qeyd edək ki, bu il Azərbaycan Tibb Universitetində doktoranturaya qəbul üçün ümumilikdə 68 nəfər qeydiyyatdan keçib.
 
Namizədlər iyun ayında Dövlət İmtahan Mərkəzində xarici dil üzrə qəbul imtahanında iştirak ediblər. Xarici dil imtahanında uğur qazanan 46 namizəd növbəti mərhələdə iştirak etmək hüququ əldə edib. 
 
Sentyabrın 8-də isə ATU-nun Test Mərkəzində fəlsəfə fənni üzrə keçirilən imtahanın nəticələrinə əsasən, 46 namizəd ixtisas fənləri üzrə imtahan mərhələsinə buraxılıb. Hazırda davam edən ixtisas imtahanlarının nəticələri doktoranturaya qəbul üçün əsas meyarlardan biri olacaq.
 
Qeyd edək ki, ATU-da doktoranturaya qəbul prosesi müəyyən edilmiş qaydalara uyğun və şəffaf şəkildə həyata keçirilir. 






Redaktorun seçimi