Davamlı tibbi təhsilin inkişafı istiqamətində yeni tərəfdaşlıq
Azərbaycan Səhiyyəsində davamlı tibbi təhsilin inkişafı və elmi tədbirlərin daha yüksək səviyyədə təşkili istiqamətində mühüm əməkdaşlığa başlanılıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub. Əməkdaşlığın əsas məqsədi institutun elmi konfrans, seminar, forum və digər təhsil tədbirlərinin peşəkar şəkildə təşkilinə dəstək göstərməkdir.
“Azena Creative Agency” tədbirlərin planlaşdırılması, kommunikasiya strategiyası, iştirakçı qeydiyyatı və texniki təminat daxil olmaqla təşkilati proseslərin koordinasiyasında iştirak edəcək. Bununla yanaşı, tədbirlərin ictimaiyyətə düzgün təqdim olunması, vizual və video materialların hazırlanması, eləcə də informasiya dəstəyinin təmin edilməsi nəzərdə tutulur.





























































