Lənkəran Rayon Mərkəzi Xəstəxanasında Tibbi Şuranın iclası keçirilib

Hit: 186
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında Tibbi Şuranın iclası keçirilib
“Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Oktay Əmənullayevin sədrliyi ilə Tibbi Şuranın iclası keçirilib.
 
İclasda şöbələr tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 2026-cı ilin 8 ayı ərzində fəaliyyəti barədə hesabat təqdim edilib.
 
Hesabat zamanı xəstəxananın struktur bölmələrinin fəaliyyəti, əhaliyə göstərilən tibbi xidmətlərin vəziyyəti, ilkin səhiyyə xidməti, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib.
 
Tibbi Şura üzvləri tərəfindən hesabat göstəriciləri müzakirə olunub, mövcud problemlər və onların aradan qaldırılması yolları nəzərdən keçirilib. Eyni zamanda, qarşıdakı dövr üçün prioritet istiqamətlər müəyyənləşdirilib və tibbi xidmətin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
 
İclasın sonunda 2026-cı ilin növbəti aylarında əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının daha da artırılması, fəaliyyətin səmərəli təşkili və müəyyən edilmiş hədəflərin icrasının təmin olunması istiqamətində işlərin davam etdirilməsi qərara alınıb.






Redaktorun seçimi