Yeni Klinikada bütün əməkdaşları əhatə edən BLS təlim proqramına başlanılıb

Hit: 154
Yeni Klinikada bütün əməkdaşları əhatə edən BLS təlim proqramına başlanılıb
Amerika Ürək Assosiasiyasının (AHA) 2025-ci il tövsiyələrinə görə, ürək dayanmasından sonra 2 dəqiqə ərzində başlanılan keyfiyyətli ürək-ağciyər reanimasiyası (CPR) və vaxtında həyata keçirilən defibrilyasiya pasiyentin sağqalma ehtimalını 81%, əlverişli nevroloji nəticə ehtimalını isə 95%-ə qədər artıra bilər. Bu məqsədlə Yeni Klinikada bütün əməkdaşları əhatə edəcək Təməl Həyat Dəstəyi (BLS) üzrə uzunmüddətli və mərhələli təlim proqramına başlanılıb.
 
Ürək dayanması zamanı hər saniyənin həyat üçün həlledici olduğunu vurğulayan Yeni Klinikanın direktoru Zəhra Vəzirova qeyd edib ki, təlimlərin əsas məqsədi əməkdaşlara yalnız CPR alqoritmini öyrətmək deyil, kritik anlarda düzgün qərar vermək, çevik və koordinasiyalı hərəkət etmək bacarığı qazandırmaqdır.
 
Qeyd edək ki, tibb müəssisəsinin nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında keçirilən praktiki təlimlər sertifikatlaşdırılmış ekspertlər tərəfindən interaktiv şəkildə və simulyasiya avadanlıqlarından istifadə edilməklə keçirilir. Təlim zamanı əməkdaşlara ürək dayanmasının erkən tanınması, vəziyyətin sürətli qiymətləndirilməsi, effektiv CPR, komanda işi və real klinik vəziyyətlərə yaxın ssenarilər üzrə praktiki bacarıqlar öyrədilir.






Redaktorun seçimi