“AzTelco Group”da könüllü qanvermə aksiyası keçirilib
Səhiyyə Nazirliyi Respublika Qan Bankının təşkilatçılığı ilə “AzTelco Group”da könüllü qanvermə aksiyası keçirilib.
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil olunan aksiyanın əsas məqsədi qan donorluğu mədəniyyətinin inkişafına dəstək olmaq və qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə töhfə verməkdir.
Aksiya zamanı “AzTelco Group”un əməkdaşları könüllü olaraq qan verərək xeyirxah təşəbbüsə qoşulublar. Donorların bağışladığı qan talassemiyalı, hemofiliyalı və digər qan xəstəliklərindən əziyyət çəkən pasiyentlərin müalicəsində istifadə olunacaq.







































































