Lerik qanvermə aksiyası keçirilib
Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi, “Lerik Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin təşkilatçılığı ilə Lerik Rayon Mərkəzi Xəstəxanasında könülü qanvermə aksiyası keçirilib.
Rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, aparatın məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri böyük coşqu ilə könüllü olaraq qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün aksiyaya qoşulmuşlar.
Aksiyada 150 nəfərə yaxın rayon sakini iştirak edib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” publik hüquqi şəxsin Lənkəran regional bölməsinin ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanır və tam sağlam olan 51 nəfər vətəndaşdan qan götürülüb. Yığılan qan ehtiyatı talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaqdır.
Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkənlər üçün könülü qan verməyin xeyirxah və savab iş, belə aksiyalarda yaxından iştirak etməyin həm də vətəndaşlıq borcu olduğunu qeyd etdilər.





































































