“Qan və qanəvəzedicilərin köçürülməsi”

Hit: 164
“Qan və qanəvəzedicilərin köçürülməsi”
Qəbələ Rayon Mərkəzi Xəstəxanasında “Qan və qanəvəzedicilərin köçürülməsi” mövzusunda maarifləndirici təlim keçirilib
 
Terapiya şöbəsinin müdiri Şahanə Pənahova tərəfindən keçirilən təlimdə aidiyyəti şöbələrin əməkdaşları iştirak ediblər.
Məqsəd tibb işçilərinin qan və qanəvəzedicilərin köçürülməsi sahəsində bilik və bacarıqlarını artırmaq, transfuziya prosesində pasiyent təhlükəsizliyinin təmin edilməsinin vacibliyini diqqətə çatdırmaq olub.
 
İştirakçılara qan və qan komponentlərinin köçürülməsinə göstəriş və əks göstərişlər, donor və resipiyentin uyğunluğunun qiymətləndirilməsi, qan qruplarının uyğunluğu, transfuziya zamanı yarana biləcək reaksiyalar, onların vaxtında aşkarlanması və idarə olunması, həmçinin qanəvəzedici məhlulların tətbiq prinsipləri barədə ətraflı məlumat verilib.
 
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 






Redaktorun seçimi