Həkimləri üçün müəssisədaxili təlimlər keçirilib
TƏBİB-in rəhbərliyinin tapşırığına əsasən, Nərimanov Tibb Mərkəzində Təcili tibbi yardım şöbəsinin həkimlərinin bilik və praktik bacarıqlarının artırılması məqsədilə müəssisədaxili təlimlər təşkil olunub.
Təlimlərdə müxtəlif ixtisas sahələri üzrə həkimlər tərəfindən təcili və təxirəsalınmaz halların diaqnostikası, müalicəsi və idarə olunmasına dair aktual mövzular təqdim edilib, klinik hallar müzakirə olunub və sübutlara əsaslanan müasir yanaşmalar iştirakçılarla bölüşülüb.
Təlimlərin məqsədi həkimlərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, multidissiplinar əməkdaşlığın gücləndirilməsi, tibbi xidmətin keyfiyyətinin və pasiyent təhlükəsizliyinin artırılmasıdır. Nərimanov Tibb Mərkəzi bu istiqamətdə təlimlərin keçirilməsini davam etdirəcək.








































































