Dövlət təltiflərinə layiq görülmüş tibb işçilərinə orden və medallar təqdim olunub
TƏBİB-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət təltiflərinə layiq görülmüş həkim və tibb işçilərinə orden və medallar təqdim olunub.
Tədbirdə çıxış edən TƏBİB-in İcraçı direktoru Anar Bayramov dövlət təltiflərinin tibb işçilərinin peşəkarlığına, fədakar əməyinə və ölkədə tibb xidmətlərinin inkişafına verdikləri töhfəyə göstərilən yüksək qiymətin ifadəsi olduğunu bildirib.
Qeyd olunub ki, insan sağlamlığının keşiyində dayanan tibb işçilərinin əməyi böyük məsuliyyət, yüksək peşəkarlıq və fədakarlıq tələb edir. Dövlət tərəfindən göstərilən bu yüksək etimad təkcə təltif olunanlar üçün deyil, bütün tibb ictimaiyyəti üçün qürur mənbəyidir və gələcək fəaliyyət üçün əlavə stimul yaradır.
Daha sonra dövlət təltiflərinə layiq görülmüş həkim və tibb işçilərinə orden və medallar təqdim olunub








































































