28 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini təltif olunub
Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 28 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Sürəyya Qarayeva təqaüdə yola salınıb. Bu münasibətlə BBSM-də tədbir keçirilib.
Tədbirdə BBSM-nin direktoru vəzifəsini icra edən, direktor müavini Nərgiz Şərifova, direktor müavinləri Leyla Şərifova, Fərman Məmmədov, Mərkəzin şöbə müdirləri, 28 nömrəli Şəhər Poliklinikasının baş həkimi və əməkdaşları iştirak ediblər.
İlk olaraq çıxış edən BBSM-in direktoru vəzifəsini icra edən, direktor müavini Nərgiz Şərifova S.Qarayevaya səhiyyə sahəsindəki xidmətlərinə görə öz təşəkkürünü bildirib.
Tədbirdə çıxış edənlər onun səhiyyə sahəsində göstərdiyi səmərəli fəaliyyəti, tibbin inkişafına verdiyi töhfələri xüsusilə vurğulayıblar. Qeyd olunub ki, S.Qarayeva 40 ildən çox müddət ərzində 28 nömrəli Şəhər Poliklinikasında fəaliyyət göstərib, uzun illər ərzində yüksək peşəkarlığı, insanlara qarşı qayğıkeş münasibəti ilə seçilərək səhiyyə sisteminin inkişafına mühüm töhfələr verib.
Tədbirin sonunda baş həkimin müavini səhiyyə sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə təşəkkürnamə ilə təltif edilib.
S.Qarayeva göstərilən diqqət və qayğıya görə BBSM-nin rəhbərliyinə öz minnətdarlığını ifadə edib.
Qeyd edək ki, S. Qarayeva 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi medalı” ilə təltif olunub.











































































